"Hazırkı vəziyyət JCPOA-dan (Vaşinqtonun 2018-ci ildə çəkildiyi nüvə sazişi - red.) çıxan ABŞ-nin və onun boşluğunu doldura bilməyən Avropanın günahıdır. Nüvə proqramını məhdudlaşdırmaqla əlaqədar İrana qarşı hədə-qorxunun hüquqi və siyasi əsası yoxdur", - Əraqçi söyləyib.
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Beşinci mərhələ isə sabah Romada başlayacaq.
|
| Axios: "İsrail İranı vuracaq" |
Digər tərəfdən, "Axios" xəbər saytı danışıqlardan məlumatlı iki mənbəyə istinadən yazıb ki, İsrail Ordusu bu danışıqların uğursuz nəticə verəcəyini fürsət sayaraq, İrana qarşı genişmiqyaslı hücuma hazırlaşır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


